reklam
Gürcüstan çempionunun kapitanı 6 ay
Sportfm.az xəbər saytı

Gürcüstan çempionunun kapitanı 6 ay "Kəpəz"də! -FOTO


«Kəpəz» növbəti transferini edib. 

Sportfm.az xəbər verir ki, Gəncə təmsilçisi Giuli Manjqaladze ilə danışıqları uğurla başa çatdırıb. Gürcüstanlı legioner dünən axşam Bakıya gəlib və bu gün tibbi baxışdan uğurla keçərsə, 6 aylıq müqavilə rəsmiləşəcək.

Giuli Azərbaycan futbolsevərlərinə yaxşı tanış olmalıdı. 25 yaşlı dayaq yarımmüdafiəçisi son 2 mövsümdə «Samptredia»nın formasını geyinib. 

O, Gürcüstan çempionunun kapitan sarğısını daşıyıb. Ötən yay Çempionlar Liqasında «Qarabağ»a qarşı hər iki matçda 90 dəqiqə tər tökən Giuli aqressiv və texnrikalı oyunu ilə yadda qalıb. 

Meydanı görmək qabiliyyəti ilə seçilən yarımmüdafiəçi həmin oyunlarda «Samtredia»nın ən yaxşılarından biri olub.

Manjqaladze Ukrayna doğumludu. Bu ölkədə «Poltava» və «Zarya»nın şərəfini qoruyub. Sonradan tarixi vətəninə qayıdaraq, burda «Sioni» və «Çuxura»nın heyətində çıxış edib.(sportinfo.az)

 

Oxşar xəbərlər

U-16 Liqası: "Bürünc""Neftçi"!
U-16 Liqası: "Vətən" çempionu məğlub edə biləcəkmi?
"Viləş" Masallıda bərabərə qaldı
U-16 Liqası, 21-ci tur: Tovuzda derbi var
U-17 Liqası: Mərkəzi oyunda bərabərlik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər