reklam
Futbol klubuna hücumda şübhəli bilinən şəxs günahını etiraf etdi
Sportfm.az xəbər saytı

Futbol klubuna hücumda şübhəli bilinən şəxs günahını etiraf etdi


Almaniyanın “Borussiya” futbol komandasına hücumda ittiham edilən Sergey.B günahını etiraf etsə də, kimsəni öldürmək niyyəti olmadığını bildirib.

Sportfm.az xəbər verir ki, həmin şəxs öz hərəkətindən dərin peşmançılıq hissi keçirdiyini, sadəcə hücumu imitasiya etmək istədiyini, bunun üçün də insanlara xətər yetirməyən xüsusi partlayıcı qurğu düzəltdiyini deyib.

Xatırladaq ki, 2017-ci il aprelin 11-də “Borussiya” (Dortmund) komandasının avtobusu yaxınlığında partlayışlar baş verib. On gün sonra bu fakt üzrə Rusiya və Almaniya vətəndaşı, 28 yaşlı Sergey B. saxlanılıb. Onu Dortmund futbol klubunun o qədər də fəal satışları olmayan səhmlərinin bir neçə on minlik opsional sertifikatlarını almasından şübhələnərək aşkara çıxarıblar. DW-nin dəyərləndirməsinə görə, qiymətli kağızların kursunun müxtəlif variantlarda düşməsinə görə o, 550 mindən 1 milyon avroyadək gəlir əldə edə bilərdi.

Sergey B. tamah məqsədilə 28 adamın həyatına qəsddə, qanunsuz partlayıcı əldə etməkdə, həmçinin partlayıcı qurğunu işə salmaqda ittiham olunur. O, ömürlük həbs cəzası da daxil olmaqla, ağır cəza ala bilər.

Azərtac

Oxşar xəbərlər

“Borussiya”dan Halanda rekord maaş təklifi - 18 milyon
Baş məşqçi həbs olundu - 17,3 milyon mənimsədi
"Barselona"nın sabiq prezidentinə 11 il həbs cəzası istəndi
Ronaldoya iki il həbs cəzası veriləcək
"Vorskla"nın oyununda partlayıcı maddə atıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər