reklam
Sportfm.az xəbər saytı

"Keşlə" Ukrayna klubu ilə oynayacaq


İkinci dövrənin hazırlıqlarına Bakıda start verəcək "Keşlə"nin daha 2 rəqibi müəyyənləşib.

Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisi "Neftçi" (14 yanvar) və "Qaradağ-Lökbatan"dan (19 yanvar) başqa, "Zirə" ilə də qarşılaşacaq. Bu oyun yanvarın 12-də nəzərdə tutulub. Ancaq vaxtın dəyişə biləcəyi də istisna edilmir.

Yanvarın 23-də Türkiyəyə yollanacaq "Keşlə" qardaş ölkədə də 3 yoxlama görüşü keçirəcək. Yanvarın 26-da "Rabotniçki" (Makedoniya), fevralın 1-də isə "Yenisey"lə (Rusiya) üz-üzə gələcək. Digər rəqib isə "Karpatı" olacaq. Lakin ukraynalılarla matçın tarixi hələ dəqiqləşməyib.

Qeyd edək ki, "Keşlə" Türkiyə toplanışına fevralın 2-də son qoyacaq.

Oxşar xəbərlər

"Keşlə" ilk yoxlama matçında Divizion klubunu məğlub etdi
Klublarımız toplanış üçün hara yollanacaq?
"Keşlə" Özbəkistan millisi ilə bərabərə qaldı
"Keşlə" I Divizion klubu ilə qarşılaşacaq
"Keşlə" klubunun qış hazırlıq planı müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər