reklam
Sportfm.az xəbər saytı

"Keşlə" I Divizion klubu ilə qarşılaşacaq


“Keşlə” komandasının qış fasiləsində yoxlama oyunu keçirəcəyi daha bir rəqibi müəyyənləşib.

Sportfm.az xəbər verir ki, yanvarın 5-də Bakıda təlim-məşq toplanışına başlayacaq Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv 4 gün sonra I Divizion təmsilçisi “Qaradağ-Lökbatan”la qarşılaşacaq.

Matçın Türk Hava Yolları Futbol Mərkəzində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Keşlə” yanvarın 12-də Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanacaq. Orada iki həftə ərzində 4 oyunun keçirilməsi nəzərdə tutulub. Paytaxt təmsilçisi yanvarın 17-də Qazaxıstan “Okjetpes”i, 23-də Rumıniya “Konkordiya”sı, 25-də isə Rusiya "Çertanovo"su ilə qarşılaşacaq. Yanvarın 20-də nəzərdə tutulan oyundakı rəqib hələ məlum deyil.

Oxşar xəbərlər

"Keşlə" ilk yoxlama matçında Divizion klubunu məğlub etdi
"Keşlə" Serbiya komandası ilə qarşılaşacaq
Rəqib gəlmədi, "Keşlə" qazaxları seçdi
"Keşlə" Ukrayna klubu ilə oynayacaq
"Neftçi" Rusiya Premyer Liqasının təmsilçisi ilə görüşəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər