Klublarımız toplanış üçün hara yollanacaq?
Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən bütün komandalar qış fasiləsində təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə yollanacaq.
Sportfm.az xəbər verir ki, artıq 6 kollektivin hazırlıq proqramı bəllidir. “Keşlə” və “Sabah”ın isə Antalyada hansı tarixlərdə toplanış keçəcəkləri və harada məskunlaşacaqları hələ dəqiqləşməyib.
“Qarabağ”
Tarix: 12 – 26 yanvar
Məkan: Belek, “Gloria” oteli
Ağdam təmsilçisi Antalyada 4 yoxlama oyunu keçirəcək. Rəqiblər və tarixlər dəqiqləşməyib.
“Neftçi”
Tarix: 11 – 25 yanvar
Məkan: Manavqat, “The Sense De Luxe” oteli
“Ağ-qaralar” 15, 20 və 24 yanvar olmaqla, 3 yoxlama matçında qüvvələrini sınayacaqlar. İlk rəqib “LKS Lodz” (Polşa) olacaq. Digərləri dəqiqləşməyib.
“Qəbələ”
Tarix: 12 – 26 yanvar
Məkan: Lara, “Trendy Lara” oteli
Əyalət komandası yanvarın 14-də “Çayka” (Rusiya), 4 gün sonra isə MTK (Macarıstan) ilə üz-üzə gələcək. Qalan 2 görüş üçün rəqiblər və tarixlər dəqiqləşməyib.
“Zirə”
Tarix: 8 – 22 yanvar
Məkan: Belek, “IC Santai” oteli
Qəsəbə təmsilçi 3 yoxlama oyunu planlaşdırıb. Rəqiblər və tarixlər dəqiqləşməyib.
“Sumqayıt”
Tarix: 12 - 26 yanvar
Məkan: Lara, “ASK Lara” oteli
Sumqayıtlılar 4 yoxlama oyunu nəzərdə tutublar. Rəqiblər və tarixlər dəqiqləşməyib.
“Səbail”
Tarix: 12 – 26 yanvar
Məkan: Lara, “Miracle” oteli
“Dənizçilər” Antalyada 4 oyun keçirəcəklər. Rəqiblər və tarixlər dəqiqləşməyib.
“Keşlə”
Tarix: Dəqiqləşməyib
Məkan: Dəqiqləşməyib
“Sabah”
Tarix: Dəqiqləşməyib
Məkan: Dəqiqləşməyib
Qeyd edək ki, qış transfer pəncərəsi 7 yanvar - 3 fevral 2020-ci ili əhatə edəcək.
Oxşar xəbərlər
Macarıstan klubu "Sabah"ı məğlub etdi
"Qəbələ" sabah başlayır - komanda Türkiyəyə yollanacaq
"Qəbələ" Almaniya klubu ilə üç hissəli oyun keçirəcək
Klublarımız Antalyada yoxlama oyunlarına start verəcək
"Səbail"in planı məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası