“10-15 metr qarın altındadırlar, donublar“ - FHN rəsmisi
Məlum olduğu kimi, "Gilavar" hava və ekstrim idman klubunun üzvü olan 3 alpinist - Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxıb, ancaq geri qayıtmayıb.
Bir həftədir Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onları tapmaq üçün axtarış işləri aparsalar da, alpinistlərin izinə rast gəlinməyib. Bu da onların yaxınlarının və cəmiyyətin əsəblərini tarıma çəkib, hər kəs narahatdır.
Sportfm.az xəbər verir ki, axtarış üçün yaradılmış qərargaha rəhbərlik edən Mərkəzin rəisi, polkovnik Şahin Mirzəyev məsələ ilə bağlı xeber365.com-a danışıb. Mirzəyev alpinistlərin 10-15 metr qarın altında qaldıqları qənaətindədir:
"Hələ ki, heç nə deyə bilmirəm... Allahın möcüzəsi olur. Onlar uçquna düşüb, hardasa 10-15 metr qarın altındadırlar. Ümumiyyətlə, belədir ki, qarda bir neçə saat hərəkətsiz qaldıqda insan donur. Aydın məsələdir ki, donublar orada. Biz özümüz orada yarım saat, bir saat hərəkətsiz qalsaq, bədənimiz donar. Ancaq dediyim kimi, biz ümidimizi üzmürük. Sizi əmin edirəm ki, vicdanla, canla-başla axtarışlarımızı davam etdiririk".
Oxşar xəbərlər
İtkin düşən alpinistlər tapıldı - 4 metr dərinlikdən meyidləri çıxdı
İtkin düşmüş alpinistlərlə bağlı qərargah rəisindən - Rəsmi açıqlama
Yoxa çıxan alpinistlərlə bağlı açıqlama
Alpinistlərin axtarışına dağ-xilasetmə dəstəsi cəlb olunacaq
FHN itkin düşən alpinistlərlə bağlı məlumat yaydı - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Neftçi” transfer qadağasının tezliklə ləğv olunacağına ümid edir
-
AMADA antidopinq yeniliklərini federasiyalara açıqladı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Bu gün finalçılar bəlli olacaq - Konfrans Liqası
-
Qattuzo yenidən baş məşqçi olacaq
-
“Neftçi”nin sonuncu ev matçının biletləri satışda















Misli Premyer Liqası