Alpinistlərin axtarışına dağ-xilasetmə dəstəsi cəlb olunacaq
Alpinistlərin axtarışına dağ-xilasetmə dəstəsinin cəlb olunması nəzərdə tutulur.
Sportfm.az saytı xəbər verir ki, Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmamış "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.
Həmin şəxslərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri və Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu cəlb olunub.
Axtarış işlərinin səmərəliliyini artırmaq məqsədi ilə sabah əlavə qüvvələrin, o cümlədən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsinin cəlb olunması nəzərdə tutulur. Axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb.
Oxşar xəbərlər
Alpinistlərin ölümünün detalları açıqlandı - İmkanları olmayıb...
İtkin düşən alpinistlər tapıldı - 4 metr dərinlikdən meyidləri çıxdı
İtkin düşmüş alpinistlərin axtarışları dayandırıldı - FOTO
İtkin düşmüş alpinistlərlə bağlı qərargah rəisindən - Rəsmi açıqlama
Alpinistlərin axtarışı ilə bağlı daha bir açıqlama - Onları tapmaq mümkün olmur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası