reklam
Uruqvaylı futbolçudan dünya rekordu
Sportfm.az xəbər saytı

Uruqvaylı futbolçudan dünya rekordu


Futbol üzrə Uruqvay yığmasının sabiq hücumçusu Sebastyan Abreu yeni dünya rekordu müəyyənləşdirib.

Sportfm.az xəbər verir ki, o, Çilinin "Audaks İtalyano" klubuna transfer olunmaqla 26 fərqli komandaya keçən ilk peşəkar futbolçuya çevrilib. 41 yaşlı forvard bu kluba keçənə qədər almaniyalı qapıçı Luts Pfannenştilin rekorduna (25 fərqli komanda) şərik idi.

Sebastyan ilk peşəkar müqaviləsini 1995-ci ildə Uruqvayın "Defensor Sportinq" klubu ilə bağlayıb. O, bütövlükdə Uruqvayla yanaşı, Meksika, Salvador, İspaniya, Braziliya, Ekvador, Yunanıstan, İsrail, Paraqvay və Argentina klublarında da çıxış edib.
Hücumçunun formasını geyindiyi ən məşhur klublar "Real Sosyedad" və "Deportivo" olub. O, Uruqvay yığmasında 70 oyun keçirib, 26 qol vurub. Abreu Uruqvay yığması ilə 2011-ci ildə Amerika Kubokunu qazanıb.

Oxşar xəbərlər

Liderdən bərabərlik - Amerika kuboku
Uruqvay və Paraqvay qələbə qazandı - Amerika kuboku
27-ci klubla müqavilə imzaladı
Karyerasında 27-ci klubla müqavilə bağladı
Messinin het-triki sayəsində Argentina Rusiyaya bilet sifariş etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər