Yovan Krnetaya ağır cəza -İntizam Komitəsinin iclası keçirildi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan“Neftçi” - “Zirə” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Oyunun 90+4-cü dəqiqəsində “Zirə”nin futbolçusu Yovan Krneta hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan“Sumqayıt” - “Qarabağ” matçının 90-cı dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur.
Oxşar xəbərlər
"Qarabağ" tibbi xidmətə, "Sumqayıt" isə protexniki vasitələrə görə cərimələndi
AFFA "Qəbələ"ni 1800 manat cərimələdi
"Zirə"yə texniki məğlubiyyət verildi
"Qəbələ"nin futbolçusunun qırmızı vərəqəsi ləğv edildi
Cavidin cəzası açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası