reklam
Ölkəmizdə lisenziya xarakterli Avropa çempionatı keçiriləcək
Sportfm.az xəbər saytı

Ölkəmizdə lisenziya xarakterli Avropa çempionatı keçiriləcək


2018-ci ildə Azərbaycanda daha 2 nüfuzlu yarış keçiriləcək.

Sportfm.az xəbər verir ki, Beynəlxalq İdman Atıcılıq Federasiyası Dünya Kubokunun mərhələ yarışını və Avropa çempionatını ölkəmizə həvalə edib.

Belə ki, 1 illik fasilədən sonra snayperlər yenidən Qəbələyə toplaşacaqlar. İyunun 6-dan 14-dək baş tutacaq Dünya Kubokunda güllə atıcıları mübarizə aparacaqlar.

İyulun 21-də isə Bakıda stend atıcılığı üzrə Avropa çempionatı start götürəcək. Avqustun 4-dək davam edəcək yarışda 25 m, 50 m və 300 m məsafələrdən atəşaçmada qaliblər müəyyənləşəcək.
Bu turnir, həmçinin Gənclərin Olimpiya Oyunlarına 12 lisenziya da verəcək.

Oxşar xəbərlər

Bakıda lisenziya xarakterli beynəlxalq yarış keçiriləcək
Avropa çempionatı Bakıda keçiriləcək - İdman gimnastikası üzrə
Bakıda keçiriləcək Dünya Kuboku ilə bağlı həyacan siqnalı - IOC-a müraciət edildi
Bakıda növbəti idman turniri keçiriləcək
Atıcılıq üzrə Avropa çempionatında iştirak edəcək millimizin heyəti açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər