"Sumqayıt"ın qarşılaşacağı 2 rəqib müəyyənləşdi
"Sumqayıt"ın Türkiyə toplanışı çərçivəsində yoxlama matçı keçirəcəyi daha 2 rəqibinin adı müəyyənləşib.
Sportfm.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Antalyada ümumilikdə 4 görüşdə qüvvəsini sınayacaq.
Samir Abasovun yetirmələri qardaş ölkəyə yanvarın 21-də yola düşəcəklər. Fevralın 4-də isə komanda Azərbaycana qayıdacaq. Rəqiblərdən birinin "Anji" olduğu açıqlanmışdı. Lakin Rusiya təmsilçisi ilə oyun mahaçqalalıların rəsmi saytında göstərilən tarix - yanvarın 22-də keçirilməyəcək. Bu görüş yanvarın 31-də baş tutacaq.
"Sumqayıt" yanvarın 28-də Makedoniya klubu "Akademiya Pandev"lə üz-üzə gələcək. Adıçəkilən komanda ölkə çempionatında 4-cü pillədə qərarlaşıb. Sumqayıtlıların toplanış çərçivəsində sonuncu sparrinq rəqibi isə "Mladost" olacaq. Serbiya klubu ilə qarşılaşma fevralın 3-də keçiriləcək. "Mladost" ölkə çempionatında 16 komanda arasında 9-cudur. "Sumqayıt"ın yoxlama matçı keçirəcəyi komandalardan yalnız birinin adına hələ tam aydınlıq gəlməyib.
apasport.az
Oxşar xəbərlər
Azərbaycan klubları Antalyaya yola düşdü - Toplanış
"Sumqayıt" Macarıstan klubu ilə görüşəcək
"Sumqayıt"da vətənə qayıdır
Samir Abasovun yetirmələri böyük hesabla uduzdu
"Sumqayıt" klubu qış hazırlıq planını açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası