Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Runi özü yığmadan getməlidir"
"İslandiya ilə matç Runinin yığmadakı son oyunu olmalıdır. Bu həm onun özü, həm də İngiltərə millisi üçün yaxşı olar".
Qol.az-ın "The Sun"a istinadən verdiyi məlumata görə, bu sözləri Almaniya millisinin canlı əfsanəsi Lotar Matteus deyib.
Matteus İngiltərə yığmasının Runinin yoxluğunda daha yaxşı oyun sərgilədiyini bildirib: "İngiltərə Almaniyanı 3:2 hesabı ilə məğlub etdiyində Runi meydanda yox idi. Həmin vaxt komanda daha yaxşı təsir bağışlayırdı. Runi oynadıqda, digər futbolçular psixoloji olaraq sərbəst düşünə bilmirlər. Gənc futbolçulardan yeni komanda qurulmalı, onlara güvənilməli və səhvlərdən dərs çıxarılmalıdır.
Bu yığmaya yeni lider lazımdır. Ancaq Runi bu keyfiyyətlərə malik deyil. O, artıq bütün diqqətini "Mançester Yunayted"ə yönəltməlidir. Yığmadakı karyerasını başa vurması üçün ən doğru zamandır. Yeni baş məşqçinin Runini yığmadan kənarlaşdırmasındansa, elə onun özünün millidən getməsi daha yaxşı olar".
Qeyd edək ki, İngiltərə millisinin "Avro-2016"nın 1/8 finalında İslandiyaya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırmasından sonra Runi yığmadakı karyerasını başa vurmağı düşünmədiyini açıqlayıb.
Oxşar xəbərlər
Ueyn Runinin yeni iş yeri - RƏSMİ
Runi İngiltərə klubunun baş məşqçisi ola bilər
Ueyn Runi bir daha İngiltərə yığmasında çıxış etməyəcək
Geri dön, Runi!
Türkiyəyə məğlubiyyətdən sonra iki futbolçu yığmadan getdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Röyal Nəcəfov "Baku Sportinq"dən getdi - Açıqlama
-
Ulduz futbolçu narkotikə görə saxlanıldı - HADİSƏ
-
"Qarabağ"ın forması ÇL-in finalı öncəsi sərgilənir - FOTO















Misli Premyer Liqası