reklam
Bu gün Azərbaycan kubokunun sonuncu yarımfinalçıları müəyyənləşəcək
Sportfm.az xəbər saytı

Bu gün Azərbaycan kubokunun sonuncu yarımfinalçıları müəyyənləşəcək


Dekabrın 15-də futbol üzrə Azərbaycan kuboku yarışının dörddəbir final mərhələsinin növbəti cavab oyunları keçiriləcək.

Sportfm.az xəbər verir ki, günün ilk qarşılaşması “Bayıl Arena”da “Səbail” və “Qəbələ” klubları arasında oynanılacaq. Bu kollektivlərin Qəbələdəki görüşündə meydan sahibləri qalib gəliblər - 1:0. Oyunun qalibi yarımfinalda “Neftçi” komandası ilə qarşılaşacaq.

Növbəti matçda “Kapital Bank Arena”da Ağdamın “Qarabağ” komandası səfərdə “Sumqayıt”ın qonağı olacaq. Ağdam klubu ilk görüşdə Sumqayıt təmsilçisinə 2:1 hesabı ilə qalib gəlib. Bu cütün qalibi yarımfinalda “Keşlə”nin rəqibi olacaq.

Bu iki oyunun nəticələri Azərbaycan kubokunun son iki yarımfinalçısını müəyyənləşdirəcək.

Azərbaycan kuboku uğrunda yarışların dekabrın 14-də oynanılan cavab qarşılaşmalarının nəticəsində “Neftçi” və “Keşlə” kollektivləri yarımfinala vəsiqə qazanıblar.

Oxşar xəbərlər

"Neftçi" yarımfinalda - Azərbaycan Kuboku
Yarımfinalın bütün iştirakçıları müəyyənləşdi - Azərbaycan Kuboku
Azərbaycan Premyer Liqasının təqvimi açıqlandı - SİYAHI
Ölkə kubokunda 1/4 final - YENİLƏNİR
Azərbaycan kuboku: Cavab oyunlarının vaxtı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər