reklam
Ölkə kubokunda 1/4 final -
Sportfm.az xəbər saytı

Ölkə kubokunda 1/4 final -YENİLƏNİR


Azərbaycan kuboku yarışlarında dörddəbir final mərhələsinə start veriləcək.

Sportfm.az xəbər verir ki, mərhələnin iki görüşü bu gün, digər ikisi isə dekabrın 16-da oynanılacaq. Dörddəbir final mərhələsinin birinci qarşılaşmasında “Qəbələ” komandası doğma meydanda “Sabah” klubunu qəbul edəcək. İnqilab Məmmədovun idarə edəcəyi oyun saat 15:00-da başlayacaq.

Saat 17:00-da başlayacaq ikinci qarşılaşmada “Səbail” və “Zirə” komandaları qarşılaşacaqlar. “ASCO Arena”da keçiriləcək oyunu Kamal Umudlu idarə edəcək.

Azərbaycan kuboku yarışlarının dörddəbir final mərhələsi dekabrın 16-da “Neftçi” – “Sumqayıt” oyunu ilə davam edəcək. Saat 18:00-da başlayacaq qarşılaşmada baş hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Görüş “Bakcell Arena”da oynanılacaq.

Dörddəbir final mərhələsinə Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Keşlə” görüşü ilə yekun vurulacaq. Saat 20:00-da başlayacaq görüşün idarə olunması Səbuhi Bayramova tapşırılıb.

Xatırladaq ki, sonuncu yarışın finalında “Qəbələ” komandası “Sumqayıt” klubuna 1:0 hesabı ilə qalib gələrək kuboku başı üzərinə qaldırıb.

Oxşar xəbərlər

"Qarabağ" - "Qəbələ" oyununun vaxtı açıqlandı - Azərbaycan Kuboku
Azərbaycan Premyer Liqasının təqvimi açıqlandı - SİYAHI
"Neftçi" "Sumqayıt"la, "Qarabağ" "Keşlə" ilə üz-üzə - YENİLƏNİR
Azərbaycan Premyer Liqasının birinci turunun təqvimi açıqlandı
Topaz Premyer Liqasının 17-ci turuna start veriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər