reklam
Yarımfinalın bütün iştirakçıları müəyyənləşdi -
Sportfm.az xəbər saytı

Yarımfinalın bütün iştirakçıları müəyyənləşdi -Azərbaycan Kuboku


Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin son cavab oyunları keçirilib.

Sportfm.az xəbər verir ki, “Kəpəz” doğma meydanda “Keşlə”ni qəbul edib. İlk oyunda qələbə qazanan (1:0) paytaxt klubu bu dəfə də rəqibini üstələyib- 2:0. Beləliklə, "Keşlə" yarımfinala vəsiqə əldə edib.
Mərhələnin sonuncu matçında isə “Neftçi” “Zirə”nin qonağı olub. Oyunda qol vurulmayıb. İlk qarşılaşmada Rəşad Sadıqovun komandası 1 cavabsız qolla qalib gəldiyindən yarımfinala vəsiqə qazanıb.

Yarımfinalda "Keşlə" "Zirə" ilə qarşılaşacaq. Ötən gün keçirilən oyunların nəticələrinə əsasən, digər yarımfinal matçında “Qarabağ” “Sumqayıt”la üz-üzə gələcək. Bu mərhələnin görüşləri 21-29 apreldə oynanılacaq.

Azərbaycan kuboku, 1/4 final, cavab oyunları

7 fevral
17:30. “Zirə” – “Neftçi” - 0:0
Hakimlər:
 İnqilab Məmmədov, Eyyub İbrahimov, Nahid Əliyev, Kamranbəy Rəhimov
Zirə İdman Kompleksinin stadionu, (İlk oyun 1:0)

14:30. “Kəpəz” – “Keşlə” - 0:2
Qol: 
Rəhman Hacıyev, 58 (0:1), Anatole Abanq, 90 (0:2)
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Kamal Umudlu
Gəncə şəhər stadionu, (İlk oyun 0:1)
6 fevral

“Qəbələ” – “Qarabağ” - 0:3

“Səbail” – “Sumqayıt” - 1:2
Azərbaycan kubokunda yarımfinal cütləri
(21/29 aprel)

"Sumqayıt" – "Qarabağ"
“Keşlə” -  “Zirə”

Oxşar xəbərlər

Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI
Son yarımfinaçılar müəyyən olacaq - Azərbaycan kuboku
"Qarabağ"dan "Keşlə"yə 6 qol - Azərbaycan Kuboku
Daha iki yarımfinalçı müəyyənləşir - Azərbaycan Kuboku
Azərbaycan Premyer Liqasının təqvimi açıqlandı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər