reklam
Premyer Liqamızda oynayan legioner futbolçu Azərbaycandan getmək barədə düşünmür
Sportfm.az xəbər saytı

Premyer Liqamızda oynayan legioner futbolçu Azərbaycandan getmək barədə düşünmür


Topaz Premyer Liqanın 4-cü turundan təxirə salınmış görüşdə "Qarabağ"a 0:2 hesabı ilə uduzan "Səbail"in müdafiəçisi Maudo Jarjue qol.az saytına müsahibə verib.

Sportfm.az xəbər verir ki, Qvineya-Bisaulu futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- Çox ağır oyun oldu. Uğursuz çıxış etdik və uduzduq. Qarşıda "Qəbələ" ilə kubok oyunları var. Bütün diqqətimizi həmin matçlara yönəltməli və ciddi hazırlaşmalıyıq. Çünki növbəti mərhələyə çıxmaq istəyirik.

- "Səbail"in hücum xəttində çıxış edən futbolçular xeyli qol imkanını boşa verdi...
- Bəli, "Qarabağ" kimi komandayla oyunda bir çox qol epizodu yaratsaq da, dəyərləndirə bilmədik. Komandadakı çatışmazlıqları bilirik. Hər məşqdə bunun üzərində işləyirik. Hələ də bəzi problemlər qalır. Deməli, daha çox çalışmalıyıq.

- Səncə, hücumçularınıza qol vurmaq üçün təcrübə, yoxsa səviyyə mane oldu?
- Səviyyə deməzdim. Çünki hamısı yaxşı futbolçulardır. Sadəcə, bəzilərimiz təcrübəsizik. Bunu aradan qaldırmaq üçün üzərimizdə çox işləməliyik.

- Səbəb olduğun penalti epizodu haqda nə deyə bilərsən?- Rəqib futbolçu yaxın məsafədən zərbə endirdi. Özümdən asılı olmayaraq, topu əlimlə tutdum. Hakim də penalti nöqtəsini göstərdi.

- Artıq çempionatda birinci dövrə başa çatdı. Komandanın çıxışını necə dəyərləndirirsən?
- Bilirsiniz ki, biz birinci diviziondan Premyer Liqaya gəlmişik. "Səbail" yeni yaranmış komandadır. Buna baxmayaraq, çempionatda bir neçə qələbəmiz var. Qarşıda bizi ikinci hissə gözləyir. Daha çox çalışıb, daha yaxşı yerlərə gələ bilərik.

- Bəzi futbolçuların qış fasiləsində "Səbail"dən gedəcəyi gözlənilir. Özünü gedənlərin, yoxsa komandada qalanların arasında görürsən?
- Mənim klubla yaya qədər müqaviləm var. Ona görə də getmək barədə düşünmürəm. Əsas məqsədim fasilədə yaxşı hazırlıq keçib, komandama kömək etməkdir.

Oxşar xəbərlər

""Sabahdan qorxmuruq" - Mirabdulla Abbasov
“Hakim mənə deyir ki, videoda başqa şey görünür" - Maksim Medvedev
"Neftçi" bizi yaxşı analiz etmişdi" - Elvin Cəfərquliyev
"Öz üzərimizdə daha yaxşı işləyəcəyik ki, Yurçeviçin diqqətini cəlb edə bilək" - Cavid Hüseynov
“Süni meydançaya görə Azərbaycana gəlmədilər” - Aftandil Hacıyev

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər