Maksim Medvedev: Bizi izləyənlər çoxdur
UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunun «Roma» - «Qarabağ» matçı öncəsi mətbuat konfransı keçirilib.
Sportfm.az xəbər verir ki, «Qarabağ»ın müdafiəçisi Maksim Medvedev jurnalistlərin suallarını cavablandırıb:
- Sabahkı oyuna böyük itkilərlə çıxacaqsınız. Əsas da müdafiədə. Boşluqları doldurmaq üçün üçün hansı imkanlardan istifadə edəcəksiniz?
- «Qarabağ»ın 2 ən tərübəli müdafiəçisi sabahkı oyunda oynamayacaq. Onları əvəzləyən futbolçular oyuna yaxşı kökləniblər, üzərlərinə düşən məsuliyyəti yaxşı dərk edirlər. «Roma» kimi komanda ilə qarşılaşmaq hər dəfə ələ düşmür. Düşünürəm ki, sabahkı oyunda meydana çıxacaq futbolçular özlərini ən yaxşı tərəfdən göstərəcəklər.
- Uzun illərdir ki, «Qarabağ»da çıxış edirsən. Avroliqa və Çempionlar Liqası turnirlərində qazandığın təcrübədən sonra özünü Avropa komandalarında oynamağa hazır sayırsanmı? Ümumiyyətlə, belə təkliflər varmı?
- 5 ildir ki, Avropa səviyyəsində futbol oynayırıq, ildən-ilə daha çox təcrübə toplayırıq. Böyük klublara qarşı başabaş mübarizə apara biliriksə, heyətdə olan bir çox futbolçuların digər komandalarda da rahat çıxış edə biləcəkləri fikrindəyəm. Bizi izləyənlər çoxdur, təklif gəlməsi normal haldır.
- Sabah Rəşadın yoxluğunda kapitan kimi meydana çıxacaqsan? Onun yoxluğunda özünü necə hiss edəcəksən? Rəşadı əvəzləmək mümkün olacaqmı?
- Rəşadın yoxluğu komanda üçün böyük itkidir. Onun meydanda olması komanda üçün böyük motivasiya olurdu, fərqli oyun oyun nümayiş etdirirdik. Qismət belədir. Rəşad ötən oyunda qırmızı vərəqə alıb və kapitan sarğısı mənə tapşırılıb. Rəşadın hərəkətərini yada salıb komanda yoldaşlarıma dəstək olmağa çalışacam. Çalışacam ki, kapitanı bacardıqca yaxşı əvəzləyim.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |