reklam
U-17 Liqası:
Sportfm.az xəbər saytı

U-17 Liqası:"Qəbələ" çempion ola biləcəkmi?


Bu gün «Bakcell U-17 Liqası»nda 29-cu turun oyunları keçiriləcək.

Sportfm.az xəbər verir ki, «Zirə» ilə oyunda qalib gələcəyi təqdirdə «Qəbələ» çempionatın başa çatmasına 4 tur qalmış çempionluğunu elan edəcək. Doğrudur, 2-ci pillədəki «Neftçi» bu tur büdrəməyəcəyi halda «Qəbələ» ilə 12 xallıq fərqi qoruyub saxlaya biləcək. Amma qalan 4 turda bu fərqin sıfıra enməsi mümkünsüzdür. Ensə belə, «Qəbələ» ilə «Neftçi»nin öz aralarında keçirdikləri oyunlara görə «Qəbələ» daha yaxşı nəticəyə malikdir: «Neftçi» - «Qəbələ» 1:1, «Qəbələ» - «Neftçi» 4:0, «Qəbələ» - «Neftçi» 0:1. 

29-cu turun təqvimi belədir:

12:00 «Sumqayıt» - «Qarabağ»

(Sumqayıt şəhəri, «Kapitalbank Arena»)

13:00 «Keşlə» - «Xəzər Lənkəran»

(«İnter Arena», 4-cü meydan)

14:00 «Neftçi» İK İB – «Neftçi»

(Lökbatan OİK-nin meydanı)

14:00 «Mil Muğan» - «Ağsu»

(İmişli şəhər stadionu)

14:00 «Qəbələ» - «Zirə»

(Qəbələ şəhər stadionu)

14:00 «Kəpəz» - «Səbail»

(Gəncə şəhəri, TİM-nin meydanı) 

Cəza səbəbindən turu buraxacaq futbolçular: Rauf Rüstəmov, Sərcan Ömərov (hər ikisi «Keşlə»), Babək Mehdiyev («Kəpəz»), Zamiq Əliyev («Qarabağ»). 

Bombardirər: Xəyal Bədirov («Səbail»), Nicat Musayev («Neftçi») – 25 qol, Xəlil Bəşirov («Səbail»), İbrahim Novruzov («Sumqayıt») – 23 qol, İbrahim Camalov («Qəbələ») – 21 qol. 

«Het-trik news» qəzeti

Oxşar xəbərlər

U-17 Liqası: "Neftçi", yoxsa "Keşlə"?
U-17 Liqası: "Gümüş" kimin olacaq?
U-17 Liqası: Mərkəzi oyun Qəbələdə olacaq
U-16 Liqası, 21-ci tur: Tovuzda derbi var
U-17 Liqası: Mərkəzi oyunda bərabərlik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər