Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Radius”un “Canlı əfsanələr” layihəsində Qurban Qurbanov
Radius ölkəmizin tarixində və cəmiyyətində xüsusi iz qoymuş görkəmli şəxsiyyətlərə həsr olunan “Canlı əfsanələr” layihəsinin 2026 kolleksiyasını təqdim edib.
Sportfm.az xəbər verir ki, 2026 kolleksiyası Azərbaycan futbolunda silinməz iz qoymuş, qazandığı nailiyyətlərlə ölkə futbolunun müasir tarixində xüsusi yer tutan Qurban Qurbanova həsr olunub.
Layihə “Qarabağ” Futbol Klubunun dəstəyi ilə həyata keçirilir. 2026 kolleksiyası üçün Radius tərəfindən Qurban Qurbanovun imzasını daşıyan xüsusi dizaynlı futbol topu hazırlanıb.
Bu top sadəcə futbol atributu deyil. O, Azərbaycan futbolunda qazanılmış böyük uğurların, illərlə formalaşmış dəyərlərin və milyonlarla azarkeşi birləşdirən qürur hissinin rəmzidir. “Canlı əfsanələr” kolleksiyası bu dəyərləri yaşatmaq və gələcək nəsillərə çatdırmaq ideyasını daşıyır.
Layihə çərçivəsində məhdud tirajla hazırlanmış xüsusi futbol topları noyabrın sonunadək Radius tərəfindən müştərilərinə təqdim ediləcək.
Qurban Qurbanov “Canlı əfsanələr” layihəsinin 2026 kolleksiyasının ilk qəhrəmanıdır. Radius layihəni növbəti illərdə Azərbaycanın tarixində və cəmiyyətində xüsusi iz qoymuş digər görkəmli şəxsiyyətlərə həsr olunan yeni kolleksiyalarla davam etdirməyi nəzərdə tutur.
Canlı əfsanələr
2026 kolleksiyası — Qurban Qurbanov
Bir əfsanə. Bir imza. Bir iz.

Oxşar xəbərlər
“CBC Sport”un baş direktoruna PFL-dən xüsusi mükafat
Qurban Qurbanov “Qarabağ”ın əfsanəsinin məzarını ziyarət etdi - FOTO
PFL və “YAŞAT” fondunda şəhid övladları üçün layihə
Qurbanova həsr olunan filmin təqdimatı keçirildi
“Stadionlar səssiz olanda” - Qurban Qurbanova film həsr edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası