reklam
Azarkeş oyunun ehtiyat hakiminə çevrildi
Sportfm.az xəbər saytı

Azarkeş oyunun ehtiyat hakiminə çevrildi


İngiltərənin Championship Liqasında baş tutan "Norwich City" - "Preston" (1:1) matçında maraqlı hadisə olub.

Sportfm.az xəbər verir ki, meydan sahiblərinin azarkeşi 4-cü hakimin funksiyalarıını yerinə yetirib. Oyun zamanı yan xətt hakimi Mark Cons zədələnib. Onu ehtiyat hakim Endi Devis əvəzləyib. "Norwich City"nin azarkeşi Devid Tornhill isə Devisin yerinə keçərək matçın yarımçıq dayandırılmasının qarşısını alıb. Tornhill yerli futbol oyunlarını referi kimi idarə edib. Onun 4-cü hakim kimi ilk işi görüşün əsas vaxtına 10 dəqiqə əlavə olunduğunu elektron lövhədə göstərmək olub. Tornhill 1982-ci ildən "Norwich" azarkeşidir.

Oxşar xəbərlər

8 ildən sonra yaşanan ilk - Birinci divizion
Azərbaycanlı hakim olimpiadada iştirak edəcək
İtaliyalı hakim faciəli şəkildə öldü
Ağayevə kömək olan, "Qarabağ"a uğurlu hakim
Meydana vərəqəsiz çıxan hakim yenidən Bakıya gəlir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər