Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Argentina millisində daha 2 ulduz "söndü"
Argentina millisinin daha iki ulduz futbolçusu yığma karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, kapitan Lionel Messinin ardınca Xavyer Maskerano və Serxio Aquero əsas komandadan getməklə bağlı qərar verib.
Onlar belə bir fikrə nə üçün gəldiklərini açıqlamayıblar. "Barselona”nın 32 yaşlı müdafiəçisi və "Mançester Siti”nin 28 yaşlı hücumçusunun bu addımını komandanın digər aparıcı futbolçuları da təkrarlaya bilərlər. Yığmanın aparıcı üzvlərindən Anhel di Mariya, Qonsalo İquain, Esekiel Lavessi və Lukas Biglyanın da milli karyerasını bitirəcəyi gözlənilir.
Qeyd edək ki, Argentina ABŞ-da keçirilən Amerika Kubokunda Çiliyə ardıcıl ikinci dəfə penaltilər seriyasında uduzub. Messi və Biglya qapını dəqiq nişan ala bilməyiblər.
Oxşar xəbərlər
Messinin forması əbədiləşdiriləcək
Messi Argentina millisinin boykot qərarını elan etdi - VİDEO
Maradona: "Messi lider olmaq istəmir"
Messi Argentina millisindən getdi!
Amerika Kuboku: Argentina məğlub oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası