Qara Qarayev: "Hakimin buna görə penalti təyin etməsi gülməlidir"
Çempionlar Liqasında son ev oyununu "Çelsi"yə qarşı keçirən və 0:4 hesabı ilə məğlub olan "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev apasport.az saytına müsahibə verib.
Sportfm.az həmin müsahibəni təqdim edir:
- Erkən penalti təyin edildi, qırmızı vərəqə göstərildi...
- Qırmızı vərəqənin ağır qərar olduğunu hər kəs gördü. Bununla da oyunumuz sındı. "Çelsi" kimi komanda ilə bərabər sayda oynamaq çətindi, qalmışdı bir nəfər azlıqda mübarizə aparmaq. Çalışdıq hesabı qoruyaq, böyükhesablı nəticə qeydə alınmasın. Ancaq bu, 90 dəqiqə mümkün olmadı. İstənilən halda yaxşı mübarizə apardığımızı düşünürəm.
- Epizoda yaxın idiniz. Hakimin penalti qərarı ilə razılaşırsınızmı?
- Penalti var idi, bunu danmırıq, amma qırmızı vərəqə düzgün göstərilmədi. Rəşad rəqibini bilərəkdən, aqressiv şəkildə vurmamışdı, hər şey mübarizə zamanı baş verdi.
- Bəs ikinci penalti epizodu haqda nə deyə bilərsiniz?
- Bu, ümumiyyətlə, gülməli qərar idi. Düzdü, rəqibi tutmuşdum, təmas var idi, amma belə epizoda görə penalti təyin etmirlər. Belə olsaydı, onda gərək hər matçda 10 belə penalti təyin etsinlər. Çünki standart vəziyyət və ya cərimə zərbələri zamanı belə məqamlar olur. Hakimin Villianın dayanmasına görə belə yüngül epizoda penalti təyin etməsi, həqiqətən də, gülməlidi.
- Elə şey mümkün deyildi. Uşaqları yığıb, fikrini çatdırdı. Maksim müdafiənin mərkəzinə çəkildi. Dördlü müdafiə ilə oynayacağımıza görə, sağ cinah yarımmüdafiəçisi, demək olar ki, ləğv olundu. İkinci hissədə mən sol cinahdan oynadım və 5 müdafiəçi ilə mübarizə apardıq.
- "Çelsi" ilə iki fərqli matç keçirdiniz. Londondakı görüşlə müqayisədə nə dəyişdi ki, hətta hesabı açmağa yaxın oldunuz?
- Təəssüf ki, həmin qolu vura bilmədik. Hesabı biz açsaydıq, bəlkə də, fərqli oyun olacaqdı. Daha yaxşı mübarizə apardıq. Londondakı qarşılaşmada ab-havaya öyrəşməmişdik. Amma indi bunu hiss edirik. Hesab belə olmamalı idi.
- Artıq 3-cü yerə də ümidiniz qalmayıb. "Roma" "Atletiko"ya qalib gəlsəydi, son tur fərqli keçə bilərdimi?
- Biz son matça qədər öz mübarizəmizi aparacağıq. Çoxları qrup mərhələsini xalsız tərk edəcəyimizi düşünürdü, amma artıq aktivimizdə 2 xal var. Qrup mərhələsini daha yaxşı şəkildə yekunlaşdıracağımıza inanıram.
Oxşar xəbərlər
"Hər iki epizodda penalti təyin olunmalı idi" - Frits Ştuxlik
Roberto Bordin:""Qarabağ"ın qapısına penalti təyin edilməli idi"
"Çempionluğu əldən vermişik, ikinci yerə oynayırıq" - Cavid Hüseynov
Cüneyt Çakır Azərbaycan - Makedoniya oyununu müzakirə etdi
"Gərək, futbolçumuzu öldürsünlər ki, penalti verilsin" - Baş məşqçidən etiraz
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası