reklam
UEFA nümayəndələri Elxan Məmmədovla görüşdü
Sportfm.az xəbər saytı

UEFA nümayəndələri Elxan Məmmədovla görüşdü


2020-ci ildə 13 şəhərdə təşkil olunacaq Avropa çempionatına hazırlıq işləri ilə tanış olmaq məqsədilə UEFA nümayəndələri Bakıda səfərdədir.
Sportfm.az saytı xəbər verir ki, bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Avro-2020 Ev Sahibi Ölkələr Layihələrinin rəhbəri Guillaume Poisson və Fan Zonalar üzrə menecer Thomas Gloorla görüşüb. UEFA nümayəndələrinə Avro-2020 ilə bağlı görülmüş işlər barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qitə futbol qurumunun təmsilçiləri səfər müddətində Avro-2020 zamanı yaradılacaq fan zonaların yerləşəcəyi ərazilərə də baxış keçirəcəklər.
Xatırladaq ki, Avro-2020-nin 4 oyunu (3 qrup, 1 1/4 final mərhələsi) Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Oxşar xəbərlər

AFFA UEFA-ya təsdiq göndərdi - AVRO-2020 ilə bağlı
Elxan Məmmədov SOCAR-ın nümayəndəsini salamladı - FOTO
70 nəfərlik heyət Bakıya gəldi - Avro-2020 üçün
Bakının “Avro-2020”yə hazırlığı müzakirə olundu
AFFA rəhbərliyi UEFA-nın baş katibi ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər