Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Elxan Məmmədov SOCAR-ın nümayəndəsini salamladı -FOTO
Avro-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək 4 oyunu ilə əlaqədar Avropa çempionatının sponsoru olan şirkətlərin nümayəndələri Bakıya gəlib.
Sportfm.az xəbər verir ki, bu gün Bakı Olimpiya Stadionunda Alipay, Booking.com, FedEx, Hisense, SOCAR və Volskwagen şirkətlərinin təmsilçilərinin iştirakı ilə təşkil olunmuş tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov salamlama nitqi ilə çıxış edib.
Avro-2020-nin sponsoru olan qeyd edilən şirkətlərin nümayəndələri Bakı Olimiya Stadionu, həmçinin çempionat dövründə fəaliyyət göstərəcək Fan Zonanın yerləşəcəyi ərazi ilə tanış olublar.
Xatırladaq ki, 2020-ci ildə Avropa çempionatının 4 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun 3 qarşılaşması, iyulun 4 isə 1/4 final mərhələsinin 1 matçı BOS-da keçiriləcək.
Oxşar xəbərlər
Elxan Məmmədov TFF-nin baş katibi ilə görüşdü - FOTO
70 nəfərlik heyət Bakıya gəldi - Avro-2020 üçün
Avro-2020: Bakıda keçiriləcək oyunların tarixi açıqlandı
Bakının “Avro-2020”yə hazırlığı müzakirə olundu
UEFA nümayəndələri Elxan Məmmədovla görüşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası