reklam
Azərbaycanlı tələbə Çində bodibildinq yarışının qalibi olub
Sportfm.az xəbər saytı

Azərbaycanlı tələbə Çində bodibildinq yarışının qalibi olub


Pekin İdman Universitetində təhsil alan Sadiq Həsənov Çində “DMS bodibildinq və fitnes-2017” yarışının final mərhələsinin qalibi olub.

Sportf.az xəbər verir ki, bodibildinq üzrə Çində keçirilən ən irimiqyaslı yarışlardan olan çempionatda idmançılar 9 kateqoriyada mübarizə aparıb. Pekində keçirilmiş final mərhələsinə il ərzində təşkil olunan yarışlarda yüksək nəticələr göstərmiş idmançılar yarışmaq hüququ qazanıb.

S.Həsənov fitnes-model yarışında “A” kateqoriyasında gücünü sınayıb. Bütün rəqiblərindən üstün olan həmyerlimiz yarışın qalibi adını qazanıb.

Qeyd edək ki, S.Həsənov Çində təşkil olunan ənənəvi yarışlarda daim yüksək nəticələr göstərir. O, bir neçə yarışda mükafatçılar sırasında olmağı bacarıb. (AZƏRTAC)

Şahin Cəfərov

Oxşar xəbərlər

Azərbaycan çempionu dəfn olundu - FOTO
İdmançılarımız Avropa çempionatında 4 medal qazandı
Atletimiz Avropa çempionatında iştirak edəcək
Azərbaycan birinciliyinin qalibləri müəyyənləşdi - FOTO
Bodibildinq üzrə Azərbaycan çempionatı keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər