Daha iki ölkə Dünya çempionatı 2018-ə vəsiqə qazandı
Tunis və Mərakeş yığmaları Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatı - 2018-ə vəsiqə qazanıb.
Sportfm.az xəbər verir ki, Tunis millisi Afrika qitəsi üzrə keçirilən təsnifat mərhələsinin 6-cı turunda Liviya ilə heç-heçə edib və "A" qrupunun turnir cədvəlində Konqo Demokratik Respublikası üçün əlçatmaz olub. Rades şəhərində keçirilən görüş 0:0 hesabı ilə başa çatıb.
Mərakeş yığması isə "C" qrupunda Fildişi Sahilinə qalib gəlib. Abicanda baş tutan matç 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
DÇ-2018 - Afrika. A Qrupu. 6-cı tur
Tunis - Liviya - 0:0
DÇ-2018 - Afrika. C Qrupu. 6-cı tur
Fildişi Sahili - Mərakeş - 0:2
0:1 - Dirar - 25, 0:2 - Benatia - 30
Mərakeş yığması 1998, Tunis isə 2006-cı ildən bu yana dünya çempionatlarında iştirak etmir.
Oxşar xəbərlər
Afrikada 40 komanda yarışacaq - Püşk atıldı
1/8 finalın cütlükləri müəyyənləşdi - Afrika Millətlər Kuboku
Afrika Millətlər Liqasının püşkü atıldı
Mərakeşli azarkeşlər Belçikada iğtişaş törətdi
Püşk atıldı: Afrikadan Rusiyaya kim gedəcək?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası