Mərakeşli azarkeşlər Belçikada iğtişaş törətdi
Mərakeş milli komandasının azarkeşləri Belçikanın paytaxtı Brüsseldə iğtişaş törədiblər.
Sportfm.az xəbər verir ki, onlar komandalarının Rusiyada keçiriləcək Dünya çempionatı - 2018-ə vəsiqə qazanmasını şəhərdə iğtişaş törətməklə qeyd ediblər. Xuliqanlar bu məqsədlə küçədə bir neçə avtomobili yandırıblar. Bundan əlavə, onlar şəhər mərkəzində bir neçə müasir incəsənət abidəsini dağıdıblar. Polis azarkeşlərə qarşı su şırnağından istifadə etmək məcburiyyətində qalıb.
Mərakeş millisi Afrika təsnifat mərhələsinin Fildişi Sahilinə qarşı keçirilən oyununda 2:0 hesabı ilə qalib gələrək gələn il keçiriləcək mundiala vəsiqə qazanıb. Dünya çempionatına çıxan digər Afrika ölkəsi Tunis olub.
Oxşar xəbərlər
Mərakeş oyuna gəlmədi, Qana məğlub oldu - Afrika Millətlər Kuboku
Türkiyə prezidenti Mərakeş yığmasını təbrik etdi
Nəticədən narazı qalan azarkeşlər meydana girdi - VİDEO
Daha iki ölkə Dünya çempionatı 2018-ə vəsiqə qazandı
Azarkeşləri komandanı azarkeşsiz qoydu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası