Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Kəpəz"in futbolçusunun hərəkəti haqqında UEFA-ya məlumat veriləcək
Topaz Premyer Liqasının 11-ci turunda Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” – “Qarabağ” oyununda fair-play nümunəsi qeydə alınıb.
Sportfm.az saytı xəbər verir ki, oyunun 26-cı dəqiqəsində, hesab 0:0 olarkən “Kəpəz”in futbolçusu Viktor Oseqeyl ilə “Qarabağ”ın qapıçısı İbrahim Şehiç arasında cərimə meydançası daxilində mübarizədən sonra qarşılaşmanın baş hakimi 11 metrlik cərimə zərbəsi təyin edib. Viktor Oseqeyl referiyə yaxınlaşaraq ona qarşı qayda pozuntusu olmadığını bildirib və hakim penalti qərarını ləğv edib.
Viktor Oseqeylin ədalətli oyun prinsiplərinə sadiq hərəkəti barədə AFFA tərəfindən UEFA-nın Fair-Play və Sosial Məsuliyyət Komitəsinə məlumat veriləcək.
Oxşar xəbərlər
"Kəpəz" azarkeşləri oturacaqları sındırdığı üçün cərimə olundu
"Kəpəz" 3 oyunçu ilə yollarını ayırdı
UEFA "Kəpəz"in hücumçusuna təşəkkür etdi - Gəncədəki matça görə
O, necə insan olduğunu göstərdi - Qurban Qurbanov
Penalti ləğv edildi, "Qarabağ" qalib gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası