UEFA "Kəpəz"in hücumçusuna təşəkkür etdi -Gəncədəki matça görə
“Kəpəz” PFK-ya UEFA-nın Fair-Play və Sosial Məsuliyyət Komitəsindən məktub gəlib.Komitənin sədri Peter Gillieronun imzaladığı məktubun əsli Gəncə klubuna, surəti isə AFFA-ya ünvanlanıb.
Sportfm.az xəbər verir ki, məktubda Topaz Premyer Liqasının 11-ci turunda Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” – “Qarabağ” oyununda gəncəlilərin hücumçusu Viktor Oseqeylin nümayiş etdirdiyi fair-play nümunəsi təqdir olunub.
Xatırladaq ki, matçın 26-cı dəqiqəsində, hesab 0:0 olarkən Oseqeyl ilə “Qarabağ”ın qapıçısı İbrahim Şehiç arasında cərimə meydançası daxilində mübarizədən sonra baş hakim tərəfindən 11 metrlik cərimə zərbəsi təyin edilmişdi. Lakin Viktor referiyə yaxınlaşaraq ona qarşı qayda pozuntusu olmadığını bildirmiş və hakim penalti qərarını ləğv etmişdi.
Viktor Oseqeylin ədalətli oyun prinsiplərinə sadiq hərəkəti barədə AFFA tərəfindən UEFA-nın Fair-Play və Sosial Məsuliyyət Komitəsinə məlumat verilmişdi.
Oxşar xəbərlər
Elxan Məmmədov sədrlik etdi - FOTO
"Kəpəz" 3 oyunçu ilə yollarını ayırdı
"Kəpəz"in futbolçusunun hərəkəti haqqında UEFA-ya məlumat veriləcək
O, necə insan olduğunu göstərdi - Qurban Qurbanov
Penalti ləğv edildi, "Qarabağ" qalib gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası