Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Kliçkoya korrupsiya ittihamı
Ukraynanın Milli Antikorrupsiyaya Agentliyi (MAA) Kiyev şəhərinin meri Vitali Kliçkonu korrupsiyada şübhəli bilir.
Sportfm.az xəbər verir ki, agentliyin diqqətini V.Kliçkonun Kiyevin əsas tikinti icraçıları olan şirkət nümayəndələri ilə özəl təyyarədə uçduğundan bəhs edən jurnalist araşdırması çəkib.
Agentlik, həmçinin V.Kliçkonun rəsmilərin hədiyyələr almaqla bağlı qadağanı poza biləcəyini hesab edir. Bu maddəyə görə maksimum cəza tədbiri kimi cərimə nəzərdə tutulur.
KİV MAA-nın hazırda faktiki sübutlar topladığını və bunun nəticəsində inzibati xətanın olub-olmadığına qərar veriləcəyini yazıb.
Kiyev meri noyabrın 2-də dindiriləcək.
Oxşar xəbərlər
Dördqat dünya çempionu müharibədə həlak oldu
Neymarın başı dərddə - Həbs edilə bilər
İtaliya millisinin sabiq futbolçusu şəhər meri oldu
Azərbaycanlı futbolçu mer olmaq istəyir
"Qarabağ Vyana" yeni stadionuna qovuşdu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası