AFFA-dan Cavid Hüseynova 3 oyunluq cəza
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, yığıncaqda Premyer Liqanın X turunda baş verənlər müzakirə olunub.
"Qarabağ" - "Səbail" matçının 43-cü dəqiqəsində qırmızı vərəqə alan Ansi Aqolli 1 oyun cəzalanıb. Albaniyalı Ağdam klubunu 200 ziyana salıb.
"Neftçi" - "Sumqayıt" qarşılaşmasında 5 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat cərimə ödəyəcək.
"Zirə" - "Qəbələ" oyununda 7 üzvü sarı vərəqə ilə cəzalanan meydan sahiblərinin də cəriməsi eyni olub.
Bu matçın 43-cü dəqiqəsində "Qəbələ" futbolçusu Cavid Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alıb. Komitə rəqibi vuran yarımmüdafiəçini 3 oyun cəzalandırıb. "Qəbələ" isə 2400 manat cərimələnib.
Oxşar xəbərlər
“Turan Tovuz” cərimə edildi
AFFA "Qarabağ"ı cərimələdi
I Divizion klublarının cəzası açıqlandı
Cavidin cəzası açıqlandı
AFFA-dan cərimələr
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası