Beşqat dünya çempionunu keçib birinci oldu
"Mersedes" komandasının finlandiyalı pilotu Valtteri Bottas Formula-1 üzrə mövsümün ilk mərhələsi - Avstraliya Qran Prisinin qalibi olub.
Sportfm.az xəbər verir ki, Avstraliya Qran Prisində "Mersedes" komandasının britaniyalı pilotu, beşqat dünya çempionu Lyuis Hemilton ikinci, "Red Bull" komandasının hollandiyalı pilotu Mark Ferstappen isə üçüncü yeri tutublar.
İlk mərhələdən sonra V.Bottas 26 xalla liderdir, ikinci yerdə L.Hemilton (18 xal), üçüncü yerdə isə M.Ferstappen (15 xal) qərarlaşıblar. Konstruktorlar Kubokunda 44 xalla ilk pillədə "Mersedes", ikinci pillədə "Ferrari", üçüncü pillədə isə "Red Bull" komandaları qərarlaşıblar.
Qeyd edək ki, növbəti mərhələ 29-31 mart tarixlərində Bəhreyndə keçiriləcək.
Oxşar xəbərlər
Hemilton İspaniya Qran Prisinin qalibi oldu
Luis Hemilton yenə qalib oldu
Yaponiya Qran Prisinin qalibi müəyyənləşdi
Yarışı 9-cu yerdə başa vurdu, 4-cü dəfə dünya çempionu oldu
Bakıya gəlmədən öncə birinci oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası