Yığmamızın baş məşqçisi italyan ola bilər!
Futbol üzrə Azərbaycan milli komandasına Roberto Di Matteo baş məşqçi təyin oluna bilər.
Sportfm.az saytı "Report"a istinadən bildirir ki, AFFA rəhbərliyi italiyalı mütəxəssislə əlaqə saxlayıb.
Di Matteoya yığmanın sükanı arxasında Robert Prosineçkini əvəzləməsi təklif olunub. Onun təklifə reaksiyası məlum deyil. Prosineçki ilə müqavilənin uzadılmayacağı oktyabrın 26-da açıqlanıb.
Qeyd edək ki, Roberto Di Matteo baş məşqçi karyerası ərzində ən böyük uğurunu İngiltərənin "Çelsi" komandasında ikən qazanıb. Onun rəhbərliyi altında "zadəganlar" 2011-2012 mövsümündə Çempionlar Liqasını qazanıblar. "Qarabağ"ın hazırkı rəqibi üçün bu titul qitənin ən nüfuzlu klub turnirində hələlik yeganədir. 47 yaşlı mütəxəssisin "Çelsi"dən sonra Almaniyanın "Şalke" (2014-2015) və İngiltərənin "Aston Villa" (2016) komandalarına da rəhbərlik edib.
Oxşar xəbərlər
Yurçeviç istefaya göndərilir - Robert Prosineçki milliyə qayıdır?
Frenk Lempard rəsmən "Çelsi"də - FOTO
Robert Prosineçki yenidən Super Liqada peyda ola bilər
Robert Prosineçki millimizi tərk etdi
Məşhur italyan mütəxəssis qovuldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası