Frenk Lempard rəsmən "Çelsi"də -FOTO
İngiltərənin “Çelsi” futbol komandasının yeni baş məşqçisi açıqlanıb.
Sportfm.az xəbər verir ki, bu posta “zadəganlar”ın sabiq futbolçusu Frenk Lempard təyin olunub. 41 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanılıb. O, bu vəzifədə İtaliya “Yuventus”unun sükanı arxasına keçən Mauritsio Sarrini əvəzləyib.
Lempard ötən yay İngiltərə Çempionşipində mübarizə aparan “Derbi”nin sükanı arxasında baş məşqçi kimi debüt edib. Onun komandası pley-offda “Aston Villa”ya uduzaraq Premyer Liqaya yüksələ bilməyib.
Qeyd edək ki, karyerası ərzində İngiltərənin “Vest Hem”, “Suonsi”, “Çelsi”, “Mançester Siti” və ABŞ-ın “Nyu-York Siti” klublarında forma geyinən Lempard 106 dəfə İngiltərə millisinin formasını geyinib və 29 qola imza atıb. O, “Çelsi”nin heyətində Çempionlar Liqası, Avropa Liqası, İngiltərə Premyer Liqası və ölkə kubokunun qalibi olub. Lempard bütün dövrlərdə London təmsilçisinin ən yaxşı bombardiridir. Onun hesabında 648 oyuna 211 qol var.
Oxşar xəbərlər
"Mançester Siti"nin yeni rekordçu - Kevin De Brüyne
Paytaxt klubu yenidən onunla anlaşdı
Premyer Liqanın ən yaxşı baş məşqçisi
"Zədəganlar"ın əfsanəsi geri dönür
Daha bir əfsanə karyerasını bitirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası