Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Fifa həbs olundu!
5000 metr məsafəyə qaçış üzrə 2016-cı il Avropa çempionatının ispaniyalı qalibi İlias Fifa həbs olunub.
Sportfm.az xəbər verir ki, səbəb Mərakeş əsilli atletin dopinq maxinasiyalarında iştirakıdır.
Fifanı Kataloniya polisi dopinqlə mübarizə kampaniyası çərçivəsində Santa-Kolomadakı evində həbs edib. Antidopinq əməliyyatını keçirməkdə məqsəd qadağan olunmuş dərman və vasitələrin üzə çıxarılması olub. 28 yaşlı idmançıdan əlavə, daha 15 nəfər tutulub.
Qeyd edək ki, İlias Fifa 2016-cı il Yay Olimpiya Oyunlarının iştirakçısı olub. Həmin olimpiadaya Azərbaycan təmsilçisi Hayle İbrahimova da qatılıb. Lakin hər iki atlet 5000 metr məsafəyə qaçışda finala yüksələ bilməyib.
Oxşar xəbərlər
Olimpiadaya hazırlaşan atlet dünyasını dəyişdi - Qəza
Uqandalı atletdən yeni dünya rekordu - 5000 metr məsafə qət etdi
Atletlərimiz EYOF-a uğursuz start verdi
Olimpiya oyunlarında qalmaqal - Bayraqdar həbs olundu
Dünya çempionuna 6 illik həbs
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası