XİN: “Mundo Deportivo” Azərbaycandan üzr istədi
İspaniyanın məşhur idman nəşri “Mundo Deportivo” Azərbaycandan üzr istəyib.
Sportfm.az saytı xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan XİN-nin sözçüsü Hikmət Hacıyev məlumat verib.
Xatırladaq ki, İspaniyanın məşhur idman nəşri “Mundo Deportivo”ya məxsus http://urbanian.mundodeportivo.com internet səhifəsində “Atletiko”nun futbolçusu Yannik Karrasko haqqında dərc edilmiş 19.10.2017-ci il tarixli məqalədə “Qarabağ” Futbol Klubu səhvliklə erməni klubu kimi təqdim olunmuşdu.
“Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin müdaxiləsi nəticəsində buraxılan kobud səhvə görə redaksiya heyəti tərəfindən üzrxahlıq edilmiş, sözügedən məlumat dəyişdirilərək, “Qarabağ” Futbol Klubunun Azərbaycana məxsus olması həqiqəti öz əksini tapmışdır”, - deyə Hikmət Hacıyev bildirib.
Oxşar xəbərlər
Futbolçu cəzalandırıldı - Qaydalarını pozduğuna görə
Millimizin üzvü uğursuzlar arasında
PSJ-nin Madrid klubunun oyunçusuna "gözü düşdü"
"Qarabağ"ın qurbanları kimdir?
Məşhur ispan nəşri "Qarabağ"ı erməni klubu adlandırdı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası