reklam
Gənc cüdoçularımız Zaqrebi
Sportfm.az xəbər saytı

Gənc cüdoçularımız Zaqrebi "fəth" etdilər


Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənclər arasında cüdo üzrə dünya birinciliyinə start verilib.

Sportfm.az xəbər verir ki, mötəbər yarışın ilk günündə millimiz aktivinə 2 medal yazdırıb.

Ölkəmizi təmsil edən Natiq Qurbanlı (55 kq) və Kəramət Hüseynov (60 kq) finaladək bütün rəqibləri üzərində qələbə qazanıblar. Lakin hər iki cüdoçumuz finalda üstünlüyü qarşı tərəfə verərək gümüş medala sahib olublar.

Qeyd edək ki, 83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) mübarizə apardığı birincilikdə Azərbaycan milli komandası 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunur.

Oxşar xəbərlər

Cüdoçularımız Avropa birinciliyinin ilk günündə iki medal qazandı - FOTO
Gənc cüdoçularımız Avropa birinciliyində iki medal qazanıblar
Gənc cüdoçularımız Dünya birinciliyində tarix yazdı
Hidayət Heydərov dünya birinciliyinin qalibi oldu
Gənc cüdoçularımız Avropa birinciliyində 6 medal qazandılar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər