Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Cüdoçularımız Avropa birinciliyinin ilk günündə iki medal qazandı -FOTO
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə cüdoçular arasında Avropa birinciliyinə start verilib.
Sportfm.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. Millimizin iki üzvü qitə birinciliyində fəxri kürsüyə qalxıb.
Çempionatda 60 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Mətin Rzazadə gümüş medal qazanıb. Mirağa Hacıyev (50 kq) isə bürünc medala sahib olub.
Qeyd edək ki, 42 ölkədən 457 idmançının (255 oğlan, 202 qız) mübarizə apardığı qitə birinciliyində Azərbaycan milli komandası 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunur.
Oxşar xəbərlər
Cüdoçularımız Avropa birinciliyində 3 medal qazandı - FOTO
Cüdoçularımız 3 medalla başladı - Avropa çempionatı
Cudoçularımız Avropa kubokunda 3 medal qazandı
Gənc cüdoçularımız Avropa birinciliyində iki medal qazanıblar
Gənc cüdoçularımız Zaqrebi "fəth" etdilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












Misli Premyer Liqası