reklam
İdman mallarının istehsalı üzrə dünya liderlərinin birindən Azərbaycan üçün təklif
Sportfm.az xəbər saytı

İdman mallarının istehsalı üzrə dünya liderlərinin birindən Azərbaycan üçün təklif


Pakistan və Azərbaycan ticarətin genişləndirilməsi üçün böyük potensiala malikdir.

Sportfm.az saytı xəbər verir ki, bunu Trend-ə özəl olaraq müsahibəsində Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.

Onun sözlərinə görə, hazırda Pakistan şirkətləri Azərbaycana əsasən düyü, tekstil, kənd təsərrüfatı məhsulları, o cümlədən kartof, sitrus meyvələri və pomidor ixrac edir: "Hesab edirəm ki, Azərbaycana tekstil məmulatlarının ixracını artırmaq üçün böyük potensialımız var. Tekstil sahəsi Pakistanda ən iri sənaye sahəsidir. Bu sahənin ixracat həcmi 19 milyard dollara çatır. Azərbaycan bu imkandan yararlana bilər".

Səfir qeyd edib ki, Pakistan həmçinin idman mallarının istehsalı üzrə dünya liderlərindən biridir. O xatırladıb ki, 2014-cü ildə Braziliyada keçirilmiş futbol üzrə dünya çempionatı üçün toplar Pakistanda hazırlanmışdı.

S.X.Mohmand əlavə edib ki, ölkəsi Azərbaycana cərrahiyyə alətləri və idman mallarını da ixrac edə bilər: "Pakistan həmçinin Azərbaycana müxtəliv maşınlar üçün ehtiyat hissələrinin tədarükünü də həyata keçirə bilər".

Oxşar xəbərlər

"Sumqayıt"ın futbolçusu Kambocaya qarşı oynadı
Pakistan millisinin futbolçusu “Sumqayıt”da - Anlaşma
Əfqanıstanın futbol yığması ölkəni tərk etdi
Azərbaycan və Pakistan idman sahəsində Memorandum imzaladı
FİFA Pakistan Futbol Federasiyasının üzvlüyünü dayandırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər