reklam
German Tilke:
Sportfm.az xəbər saytı

German Tilke:"Bakıda xüsuso ab-hava var"


"Formula-1"in bir çox avtodromlarının arxitektoru, eləcə də Bakıda şəhər trassasının layihəsinin müəllifi olan German Tilke Azərbaycan Qran-Prisində xüsusi ab-hava olduğunu bildirib.

Sportfm.az saytı xəbər verir ki, Tilke Bakının, küçə yarışları zamanı ötüb keçməyin çətin olması haqqında şablonları təkzib etdiyini hesab edir.

"Bəs Bakıda necədir? Orada rahat ötüb keçmək olur, - German Tilke bildirib. - Bəli, bəzi şəhərlərdə daha çətin olur. Trassanı mövcud binaları nəzərə almaqla layihələşdirsək də, hər şey ola bilər. Küçə yarışları pilotlar üçün çətindir, lakin tamaşaçılar heç bir yerə getməli olmurlar. Sinqapur, Monako, Bakı kimi mərhələlərdə xüsusi ab-hava var. Ümumilikdə isə, bu, avtosport üçün yol deyil: küçə trassaları top-seriyalar üçün lazımdır ."

Xatırladaq ki, Bakıda artıq iki dəfə "Formula-1" yarışları keçirilib. 2018-ci ildə Azərbaycan Qran-Prisi aprelin 29-da keçiriləcək.

Oxşar xəbərlər

"Bakıda Formula 1 yarışları həyəcanlı olur" - Serxio Peres
Testi vermədən Formula 1-i izləmək olacaq - Monako Knyazlığında
Hər şey Bakıda başlaya bilər - Formula 1
Formula-1 “start qızları”ndan imtina etdi
Prezident İlham Əliyev və xanımı Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində yarışları izləyirlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər