Arda Turan qışda hansı kluba keçə bilər?
İspaniyanın “Barselona” komandasının futbolçusu Arda Turan qış transfer dövründə klubunu dəyişə bilər.
Sportfm.az xəbər verir ki, İngiltərənin “Arsenal” klubu futbolçunun keçidi ilə bağlı Kataloniya təmsilçisi ilə danışıqlara başlayıb. Futbolçu “Barselona”nın baş məşqçisi Ernesto Valverdenin etimadını qazanmadığı üçün danışıqların müsbət yekunlaşacağı gözlənilir.
Otuz yaşlı futbolçunun özü də klubunu dəyişməkdə maraqlıdır. İstanbulun “Qalatasaray” klubu futbolçunu heyətinə cəlb etməyə cəhd etsə də, Arda karyerasını top-liqalarda davam etdirməyi üstün tutur.
Qeyd edək ki, Arda Turanın “Barselona” ilə müqaviləsi 2019-cu ilin yayında başa çatacaq. Cari mövsüm yarımmüdafiəçi “Barselona”nın heyətində meydana çıxmayıb.
Oxşar xəbərlər
Arda Turan 1-ci liqa klubunda - Təyinat
Arda Turan karyerasını bitirdi
Qış fasiləsində heç bir klubla müqavilə bağlamasa, karyerasını bitirəcək
"Qalatasaray"da pulsuz oynamağa razıdır - FOTO
Arda Turan “Başakşəhər”də - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası