reklam
Qış fasiləsində heç bir klubla müqavilə bağlamasa, karyerasını bitirəcək
Sportfm.az xəbər saytı

Qış fasiləsində heç bir klubla müqavilə bağlamasa, karyerasını bitirəcək


“Başakşəhər”lə müqaviləsi ləğv edilən Arda Turanın gələcək karyerası müzakirə olunmaqdadır.

“Başakşəhər”lə icarə müqaviləsini ləğv etdikdən sonra “Qalatasaray”a transfer olunacağı gözlənilən futbolçunun bu keçidi baş tutmadı. "Qalatasaray" rəhbərliyi baş məşqçi Fatih Terimin istəməsinə rəğmən Ardanı transfer etməkdən vaz keçdi.

Sportfm.az xəbər verir ki, müqavilə ilə “Barselona”ya məxsus olan Ardanın hazırda transfer pəncərəsi açıq olan Çin, Birləşmiş Ərəb Əmirlikləri, Argentina, Yaponiya, Çexiya, Rusiya kimi ölkələrin klublarına transfer olunması mümkündür.

Qış fasiləsində heç bir kluba transfer oluna bilməsə, Ardanın karyerasını bitirəcəyi bildirilir.

Türkiyəli futbolçunun transfer hüququna sahib olan “Barselona” ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq.

Oxşar xəbərlər

Oynamadan başqa kluba transfer oluna bilər
Fatih Terimlə "Qalatasaray" prezidenti arasında gərginlik - Arda transferi baş tutmadı
"Qalatasaray"da pulsuz oynamağa razıdır - FOTO
Arda Turan "Qalatasaray"a qayıdır
Arda Turan qışda hansı kluba keçə bilər?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər