reklam
Arda Turan “Başakşəhər”də -
Sportfm.az xəbər saytı

Arda Turan “Başakşəhər”də -FOTO


Türkiyə millisinin və İspaniyanın “Barselona” komandasının futbolçusu Arda Turan İstanbulun “Başakşəhər” klubuna transfer edilib.

Sportfm.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi icarə əsasında 2,5 il ərzində “Başakşəhər” komandasının formasını geyəcək.

A.Turan 2015-ci ilin yayında 34 milyon avro müqabilində İspaniyanın “Atletiko” komandasından “Barselona”ya transfer olunub. “Barselona”da çıxış etdiyi müddətdə 55 oyunda 5 qol vurub. O, Kataloniya klubunun heyətində İspaniya La Liqasının, Kral Kubokunun (iki dəfə), İspaniya Super Kubokunun, klublararası dünya çempionatının və UEFA Super Kubokunun qalibi olub.

“Başakşəhər” komandası Türkiyə Super Liqasında 17 turdan sonra 36 xalla liderdir.

Oxşar xəbərlər

Arda Turan 1-ci liqa klubunda - Təyinat
Arda Turan karyerasını bitirdi
Arda Turan "Qalatasaray"a qayıdır
"Qalatasaray" azarkeşləri Ardaya hücum etdi - FOTO
Arda Turan qışda hansı kluba keçə bilər?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər