Rafael Abdulov:"Bir şey qərəzli deyilsə, onda, eybi yoxdur"
Futzal üzrə Yüksək Liqanın ilk turunda "Marafon"a 2-3 hesabı ilə yenilən "İtaldizayn", 2-ci turda EKOL-la qarşılaşıb. Matçboyu baxımlı oyun sərgiləyən Yüksək Liqanın debütantı, yaxaladığı qol şanslarını dəyərləndirməyərək, sonda meydandan 0-1 hesablı məğlubiyyətlə ayrılıb. Görüşdən sonra komandanın baş məşqçisi Rafael Abdulov Sportfm.az saytına fikirlərini bildirib:"Uşaqların hamısına minnətdaram, gözəl oyun nümayiş etdirdilər. Bəxt bizdən üz döndərdi. Qol imkanlarından istifadə edə bilmədik. Sona yaxın isə rəqib fərqləndi və uğursuz nəticəyə imza atdıq. Təbii ki, hakimlər səhvlərə yol verirlər, ancaq bir şey qərəzli deyilsə, onda, eybi yoxdur. Hakim də insandır, yalnış qərar verə bilər, hamı səhv edir. Növbəti turda zədəsini sağaldan Rəcəb Fərəczadə meydanda olacaq".
Qeyd edək ki, "İtaldizayn" 3-cü turda, oktyabrın 21-də "Neftçi" İK ilə qarşılaşacaq.
Oxşar xəbərlər
Samir Həmzəyev:"Toparlanmaq lazım idi"
Ramin Həsənzadə:"Komandama kömək edə bilmədiyim üçün üzgünəm"
Elşad Quliyev:"Oyundan-oyuna artırırıq"
"Araz" 3 xal qazandı, "Marafon" ilk oyunda qalib gəldi
Futzal Federasiyasında yeni təyinatla bərabər, Yüksək Liqanın püşkü atıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası














Misli Premyer Liqası