Ramin Həsənzadə:"Komandama kömək edə bilmədiyim üçün üzgünəm"
Futzal üzrə Yüksək Liqanın 5-ci turuna start verilib. Əl Oyunları Sarayında keçirilən qarşılaşmalarda "İtaldizayn" qələbə qazana bilməyən "Xəmsə" ilə qarşılaşacaq. Oyundan öncə ötən tur meydanda yer almayan "İtaldizayn"ın əsas qapıçısı Ramin Həsənzadə Sportfm.az saytına açıqlamasında zədə səbəbindən bir aya yaxın komandasına kömək edə bilməyəcəyini bildirib:"Artıq 10 gündür ki, zədəli olduğum üçün məşqlərdə iştirak edə bilmirəm. Həkim müayinəsindən sonra məlum oldu ki, sağ ayağımda yan bağlarımın bir hissəsi qırılıb. Hələ ki, 3 həftə topa toxunmaq olmaz. Təbii ki, komandama kömək edə bilmədiyim üçün üzgünəm. İnanıram ki, tezliklə zallara qayıdacam".
Qeyd edək ki, "İtaldizayn" son turda "Araz"a 6:1 hesabı ilə məğlub olub.
Oxşar xəbərlər
"Xəmsə" ilk xalını qazandı
"Araz"ın futzalçısı niyə oyunu tribunadan izləyib?
Elşad Quliyev:"Oyundan-oyuna artırırıq"
Rafael Abdulov:"Bir şey qərəzli deyilsə, onda, eybi yoxdur"
Ağatahir Əzimov oynadı, komandası məğlub oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası