reklam
Samir Həmzəyev:
Sportfm.az xəbər saytı

Samir Həmzəyev:"Toparlanmaq lazım idi"


Futzal üzrə Yüksək Liqanın 5-ci turunda EKOL "Neftçi"ni 5-3 hesabı ilə məğlub edib. 

İki qol vuraraq komandasının qələbə qazanmasında böyük pay sahibi olan Samir Həmzəyev matçdan sonra Sportfm.az saytına fikirlərini bildirib:"Biz bu gün müdafiə taktikası seçmişdik. Əks-hücumlarda rəqibi yaxalamaq istəyirdik. Bunu bacardığımızı düşünürəm. Əlimizə keçən qol epizodlarında fərqlənə bildik. Düzdür, mövsümə pis başladıq. Ancaq məğlub olduğumuz qarşılaşmalardan sonra toparlanmaq lazım idi. Bu il Yüksək Liqa çox maraqlı keçir, səviyyə də artıb. Ötən mövsüm əsas üç komandan - "Araz", EKOL və "Neftçi" güclü təsir bağışlayırdı. İndi isə elə deyil. Hər görüş gərginliyi ilə seçilir. Sürpriz komandalar var".

Qeyd edək ki, arxada qalan turlarda EKOL "Araz"a 1-2, "Marafon"a 0-4 hesabı ilə məğlub olub, "İtaldizayn"a isə 1-0 hesabı ilə qalib gəlib. 

Oxşar xəbərlər

Futzal yığmamıza kimlər dəvət ediləcək? - ÖZƏL
"Neftçi" 3 top vursa da, məğlub oldu
Debütant liderliyə yüksəldi
"Araz" "Yasamal"ı məğlub etdi, EKOL qalib gəldi, "Marafon" qələbə qazandı - YENİLƏNİB
"Araz" 3 xal qazandı, "Marafon" ilk oyunda qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər