reklam
Qvardiolanın qəzəbinə gələn “11-lik” -
Sportfm.az xəbər saytı

Qvardiolanın qəzəbinə gələn “11-lik” -FOTO


Dünyaca məşhur "Goal.com" saytı "Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardiolanın məşqçi karyerası ərzində problem yaşadığı və oynamağa şans vermədiyi məşhur futbolçuların siyahısını tərtib edib. Qol.az-ın məlumatına görə, siyahıda təcrübəli mütəxəssisin "Barselona", "Bavariya" və "Mançester Siti"də çalışdırdığı futbolçular yer alıb. P.Qvardiolanın "qara siyahı"sına son olaraq Yaya Ture daxil olub. Onu Ture ilə hələ "Barselona"dakı dövrdən münasibətləri yaxşı olmayıb. Bu soyuqluq aradan bir neçə il keçməyinə baxmayaraq, "Mançester Siti"də də davam edib. Pep afrikalı oyunçunu Çempionlar Liqası üçün heyətə daxil etməyib. Bu qərardan sonra Y.Turenin menecerinin sərt açıqlaması P.Qvardiolanı daha da əsəbiləşdirib. O, futbolçunun və ya menecerin üzr istəməyəcəyi təqdirdə, ulduz oyunçuya heç vaxt şans verməyəcəyini açıqlayıb. "Goal.com" saytının versiyasına əsasən, P.Qvardiolanın şans vermədiyi və qovduğu futbolçulardan ibarət rəmzi komandaya aşağıda adları qeyd olunan oyunçular daxil edilib.

Qapıçı: Co Hart ("Mançester Siti”)

Müdafiəçilər: Canluka Zambrotta ("Barselona”), Dante ("Bavariya”), Yaya Ture ("Mançester Siti”)

Yarımmüdafiəçilər: Emre Can ("Bavariya), Bastian Şvaynştayger ("Bavariya”), Toni Kroos ("Bavariya”),  Deko ("Barselona”)

Hücumçular: Ronaldinyo ("Barselona”), Samuel Eto'o ("Barselona”), Zlatan İbrahimoviç ("Barselona")
 

Oxşar xəbərlər

"Barselona" və "Yuventus" yenidən üz-üzə!
"Barselona"dan "Mançester Siti"yə
Qvardiolanın "Mançester Siti"də yeni qaydaları
“Mançester Siti”dən daha bir transfer
Yaya Ture "Mançester Siti"də qalacaqmı?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər