Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Mançester Siti”dən 32 milyon avroluq transfer
"Mançester Siti” növbəti transferini reallaşdırıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, "şəhərlilər” Leroy Sanedən sonra daha bir oyunçunu heyətinə cəlb edib. Belə ki, İngiltərə təmsilçisi "Palmeyras”ın gənc üzvü Qabriel Xesusla anlaşıb. Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Braziliya yığmasının heyətində yer alan 19 yaşlı hücumçunun keçidi "Mançester Siti”yə 32 milyon avroya başa gəlib. Ancaq anlaşmaya əsasən, Qabriel dekabr ayına qədər "Palmeyras”ın formasını geyinəcək. Ötən mövsüm keçirdiyi 30 oyunda 19 qola imza atan oyunçu ada klubu ilə 5 illik müqavilə imzalayıb.
Yeni transfer keçidlə bağlı fikirlərini də bölüşüb. O, "Mançester Siti”ni dünyanın ən güclü klublarından biri olduğu üçün seçdiyini deyib: "Komandada istedadlı oyunçular və Pep Qvardiola kimi çox şey öyrənəcəyim möhtəşəm məşqçi var. Azarkeşlərə bacarığımı göstərmək üçün səbirsizlənirəm”.
Oxşar xəbərlər
Qvardioladan antirekord
“Mançester Siti” yeni transferini rəsmən açıqladı
"Mançester Siti"dən dördüncü transfer
43 top buraxan qapıçını 9 milyon avroya transfer etdilər - FOTO
“Mançester Siti”dən daha bir transfer
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Avropa çempionatında ilk medalı Əhməd Yusifov qazandı















Misli Premyer Liqası