reklam
Qərb zonasında yeni cüdo zalları - FOTO
Sportfm.az xəbər saytı

Qərb zonasında yeni cüdo zalları - FOTO


Azərbaycan Cüdo Federasiyasının qarşısında duran prioritet məsələlərdən biri də regionlarda bu idman növünün kütləviliyi və inkişaf etdirilməsidir.

Sportfm.az xəbər verir ki, federasiyanın dəstəyi ilə bir neçə bölgədə cüdo zalları yaradılıb, standartlara tam cavab verən tatamilər düzülüb, yeniyetmələrə kimanolar verilib, yerli mütəxəssislər və məşqçilər işlə təmin olunublar. Ötən il respublikamızın bütün regionlarında cüdo üzrə zona birincilikləri keçirilib, perespektivli yeniyetmələr ölkə çempionatlarında mübarizə aparıblar.
Bu il ilk region birinciliyi Qərb zonasında baş tutub. Şəmkir Olimpiya İdman Kompleksində keçirilən birincilikdə Gəncə, Qazax, Tovuz, Ağstafa, Şəmkir, Samux və Göy-Göl şəhərlərinin 250-yə yaxın yeniyetmə cüdoçusu mübarizə aparır. Yarışların açılış mərasimində Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, tanınmış mütəxəssislər çıxış edərək ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayaraq, cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar. Qərb bölgəsinin tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər. Sonra birinciliyə start verilib. İlk yarış gününün qaliblərinə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr təqdim olunub.

Oxşar xəbərlər

Bakıda yeni cüdo zalının açılışı oldu - FOTO
“Kaspi” liseyində cüdo zalının açılışı oldu - FOTO
Xaçmazda "Federasiya kuboku" uğrunda cüdo yarışı keçirildi
Azərbaycan Cüdo Federasiyasının Masallı Təlim-Məşq Mərkəzinin açılışı olub
Azərbaycan Cüdo Federasiyasının yeni cüdo zalları fəaliyyətə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər