“Kaspi” liseyində cüdo zalının açılışı oldu -FOTO
Azərbaycan Cüdo Federasiyasının qarşısında duran prioritet məsələlərdən biri də ölkəmizdə bu idman növünün kütləviliyi və inkişaf etdirilməsidir.
Sportfm.az xəbər verir ki, federasiyanın dəstəyi ilə respublikamızın müxtəlif bölgələrində cüdo zalları yaradılıb, standartlara tam cavab verən tatamilər düzülüb, kiçik yaşlı yeniyetmələrə kimanolar verilib, mütəxəssislər və məşqçilər işlə təmin olunublar. Artıq ölkəmizin bütün regionlarında cüdo üzrə zona birincilikləri keçirilib, perspektivli yeniyetmələr ölkə çempionatlarında mübarizə aparıblar.
Azərbaycan Cüdo Federasiyasının rəsmiləri bu dəfə Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən “Kaspi” liseyində olublar.
Şagirdlərlə görüşdə çıxış edənlər ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayaraq, cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar. Kaspi Liseyinin rəhbərliyi göstərilən diqqət və qayğıya görə Azərbaycan Cüdo Federasiyasına təşəkkürünü bildirib.
Məktəblilərə kimanolar təqdim olunub, onlara uğurlar arzulanıb.
Oxşar xəbərlər
Bakıda yeni cüdo zalının açılışı oldu - FOTO
Xaçmazda "Federasiya kuboku" uğrunda cüdo yarışı keçirildi
Azərbaycan Cüdo Federasiyasının Masallı Təlim-Məşq Mərkəzinin açılışı olub
Qərb zonasında yeni cüdo zalları - FOTO
Azərbaycan Cüdo Federasiyasının yeni cüdo zalları fəaliyyətə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası